BİZNES

28 Fevral

Azərbaycanda kompüter istehsalı artıb

Azərbaycanda ötən ay kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 12,3 milyon manatlıq məhsul istehsal olunub.

Bu barədə Fins.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə kompüter, elektron və optik məhsulların istehsalı 44,6%, elektrik avadanlıqlarının istehsalı isə 30,9% artıbdır.