BİZNES

27 Fevral

İƏİT Azərbaycanda kiçik biznes haqqında qanunun reallaşmasını qiymətləndirəcək

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) bu ilin yazında Azərbaycanda Kiçik biznes qanunun ((Small Business Act-SBA) reallaşması ilə əlaqədar ilkin qiymətləndirməsini bölüşəcək.

Fins.Az xəbər verir ki, təşkilatdan hazırda Azərbaycanın tərəfdaş şərq ölkələrində Kiçik biznes qanununun reallaşmasının dördüncü raundunda çox aktiv iştirak etdiyi deyilib.

"Burada söhbət 12 sahə, o cümlədən yaşıl iqtisadiyyat üzrə kiçik və orta biznesə (KOB) dəstək siyasətinin qiymətləndirilməsindən gedir. Bu qiymətləndirmə 2012, 2016 və 2020-ci illərdə keçirilmiş əvvəlki mərhələlərə əsaslanıb və nəticələri üzrə xüsusi hesabatlar dərc olunub. Bu mərhələdə KOB-un rəqəmsallaşması siyasəti və COVID-19 böhranına qarşı cavab tədbirləri kimi yeni sahələri də əhatə etmək məqsədilə təhlil sferasını genişləndirməyə imkan verən yenilənmiş qiymətləndirmə metodundan istifadə olunur. Bu kontesktdə İƏİT Kiçik biznes qanununun reallaşdırılmasının ilkin qiymətləndirmə nəticələrini bölüşmək, həmçinin dövlət və özəl sektor iştirakçıları üçün platforma təklif etmək məqsədilə yazda Bakı şəhərinə missiya göndərməyi planlaşdırır. Missiya üzvləri ölkədə KOB-un inkişafı üçün gələcək prioritetlərə dair rəylər bildirəcək və öz fikirlərini bölüşəcək. İlkin qiymətləndirmə və tövsiyələr yayın əvvəlində təqdim olunacaq, hesabatın isə 2023-cü ilin sonlarında - 2024-cü ilin əvvəllərində buraxılması nəzərdə tutulur", - İƏİT-dən bildiriblər.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) nümayəndəli demokratiya və sərbəst bazar iqtisadiyyatının prinsiplərini tanıyan inkişaf etmiş ölkələrin beynəlxalq iqtisadi təşkilatıdır.

İƏİT hökumətlərlə və vətəndaşlarla birlikdə faktiki məlumatlara əsaslanmış beynəlxalq standartların müəyyən edilməsi bir sıra sosial, iqtisadi və ekoloji problemlərin həllinin axtarışı istiqamətində çalışır.

©Trend