BİZNES

24 Fevral

Qırğızıstan Ticarət Palatasının Azərbaycan sahibkarlarına MÜRACİƏTİ

Qırğızıstan Ticarət Palatası (QTP) Azərbaycan sahibkarlarına müraciət ünvanlayıb.

Fins.Az-ın məlumatına görə, QTP-nin müraciətinə əsasən məhsullarını Qırğızıstana idxal-ixrac etmək istəyən sahibkarlarla görüş təşkil ediləcək.

Tezliklə təşkil olunacaq görüşdə Qırğızıstandan Azərbaycana və yaxud Azərbaycandan Qırğızıstana məhsullarını göndərmək istəyən, o cümlədən biznes əlaqələri qurmağa maraqlı olan şəxslərə geniş məlumat veriləcək.

Görüşdə iştirak etmək istəyən sahibkarlar aşağıda qeyd olunan telefon nömrəsiylə əlaqə saxlaya bilərlər:

Əlaqələndirici şəxs: Sübhan Babayev

Mob. tel.: (+994 50) 343 63 19