BİZNES

23 Fevral

Bakı Fond Birjası Bloombergin təşkil etdiyi tədbirdə iştirak edib

Fevralın 22-də Bakı Fond Birjası Bloomberg-in banklararası ticarət həlləri ilə bağlı tədbirində iştirak edib.

BFB-dən Fins.Az-a verilən məlumat görə, tədbirdə Bloomberg-in banklararası elektron ticarət həlləri və onun Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlığı haqqında ümumi məlumat, həmçinin makroiqtisadi və valyuta təhlili üçün terminaldan istifadə qaydaları nümayiş olunub.