BİZNES

16 Fevral

Azərbaycana tütün məmulatlarının idxalı kəskin artıb

Bu ilin yanvar ayı ərzində Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən 2.6 dəfə artıb.

Fins.Az Dövlər Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkəyə 13 mln. 868.92 min dollar dəyərində tütün və tütün məmulatları idxal olunub ki, bu 2022-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 2.6 dəfə və ya 8 mln. 610 min dollar çoxdur.

Qeyd edək ki, bu ilin yanvar ayında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0.98%-nə bərabər olub. Xatırladaq ki, ötən ilin yanvar ayında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0.54%-ni təşkil edib.

©apa