BİZNES

16 Fevral

Azərbaycan internetin sürətinə görə geriləyib

Azərbaycan ötən ay mobil internetin sürətinə görə 138 ölkə arasında 32,06 MB/S sürətlə 64-cü yerdə qərarlaşıb.

Fins.Az xəbər verir ki bu barədə "Speedtest Global Index" məlumat yayıb.

Məlumata görə, Azərbaycan ötən ilin dekabr ayına nisbətən 3 pillə geriləyib. Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ, 161,15 MB/S), sonuncu - 138-ci yeri isə Kuba (4,13 MB/S) tutub.

Azərbaycan ötən ay sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 118-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 2 pillə geriləməkdir. Hesabat dövründə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 26,25 MB/S olub.

Eyni zamanda, yanvarda Bakı şəhəri mobil internetin sürətinə görə 1 pillə geriləyərək 35,08 MB/S sürətlə 172 şəhər arasında 77-ci yerdə qərarlaşıb. Bakı sabit genişzolaqlı internetin sürətinə görə isə 29,07 MB/S sürətlə 136-cı pillədə qərarlaşıb ki, bu da 1 pillə irəliləməkdir.