BİZNES

15 Fevral

Azərbaycanda nə qədər ƏDV ödəyicisi var?

Azərbaycanda bu il fevralın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,3% artaraq 713,8 minə çatıb.

Fins.Az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, həmin tarixə aktiv ƏDV ödəyicilərinin sayı 1,3% artıb və 40,5 min olub.

Məlumata görə, ay ərzində aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 188,5 min olub.