Azərbaycan ötən ay xarici ölkələrlə 3 milyard 289,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Fins.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayına nisbətən 19% azdır.
İllik xarici ticarət dövriyyəsinin 1 milyard 876,8 milyon ABŞ dolları ixracın, 1 milyard 412,7 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 39,2% az, idxal isə 44,9% artıb.
Son nəticədə xarici ticarətdə 464 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 4,6 dəfə azdır