BİZNES

15 Fevral

Ölkə ərazisində nəzarət-kassa aparatları vasitəsilə ödənişlər artıb

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Fins.Az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, indiyədək ölkə ərazisində 85.209 ədəd yeni nəsil NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2023-cü ilin yanvar ayında bu NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 1,6 milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,5 faiz çoxdur.