BİZNES

14 Fevral

Azərbaycanın ən çox məhsul alıb-satdığı ölkələr - SİYAHI

Azərbaycanın hüquqi və fiziki şəxsləri 2022-ci ildə dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 121 ölkəyə məhsul ixrac, 173 ölkədən idxal olunub.

Fins.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 41 672,2 milyon dolları və ya 74,1 faizi ixracın, 14 539,9 milyon dolları (25,9 faizi) isə idxalın payına düşüb.

Ölkənin xarici ticarət dövriyyəsinin 34,4 faizi İtaliya, 11,1 faizi Türkiyə, 7 faizi Rusiya, 4,1 faizi Çin, 3,6 faizi Hindistan, 3,3 faizi İsrail, 2,7 faizi Yunanıstan, 2,4 faizi Almaniya, 2,1 faizi İspaniya, 2 faizi Birləşmiş Krallıq, 1,9 faizi Çexiya, 1,8 faizi Xorvatiya, 1,5 faizi Gürcüstan, 1,4 faizi Portuqaliya, 1,3 faizi İndoneziya, 1,2 faizi Ukrayna, hər biri 1,1 faiz olmaqla Qazaxıstan, Vyetnam və ABŞ, 14,9 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.