Azərbaycan ötən il 290,6 milyon dollarlıq geyim əşyaları idxal edib.
Fins.Az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ölkənin geyim idxalına çəkdiyi xərc 2021-ci illə müqayisədə 11% və ya 28,7 milyon dollar artıb.
Əlavə edək ki, hesabat dövründə geyim idxalı ölkənin ümumi idxalının 2%-ni təşkil edib.