BİZNES

14 Fevral

Ötən ay Dövlət Gömrük Komitəsi büdcə daxilolmalarını 25,5% artırıb

Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 506 min 779,6 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,5% çoxdur.

"Fins.az" DGK-nın yaydığı hesabata istinadən xəbər verir ki, ötən ay dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 29,4% artaraq 121 min 932,6 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 22,8% artaraq 365 min 561,7 manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk ayında daxilolmalar 77,03% artaraq 14 min 841,3 min manat təşkil edib.

Yol vergisi üzrə daxilolmaların həcmi 4444 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 21,7% çoxdur.