Azərbaycanda 2022-ci ildə nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artmış, təmassız texnologiyaların, elektron ticarətin istifadəsi genişlənib.
"Fin.az" xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin Rəqəmsal ödənişlər icmalında qeyd edilib.
Məlumata görə, bu ilin 1 yanvar tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 13.6 mln. ədəd təşkil edib və bu kartların 72%-i təmassız ödənişləri dəstəkləyib. 2021-ci il ilə müqayisədə ödəniş kartlarının sayı 19%, o cümlədən təmassız kartların sayı 31% artıb.