BİZNES

14 Fevral

Nağdsız ödənişlərin həcmi 24 mlrd. manatı ötüb

Azərbaycan daxilində 2022-ci il ərzində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2021-ci il ilə müqayisədə 56% artaraq 56.4 mlrd. manat, o cümlədən nağdsız ödənişlərin həcmi 2.1 dəfə artaraq 24.4 mlrd. manat olub. 

"Fins.az" Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin Rəqəmsal ödənişlər icmalına istinadən xəbər verir ki, ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 43.2%-ə bərabər olub.

Məlumata görə, ölkədə ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb. 2022-ci il ərzində elektron ticarət əməliyyatlarının sayı 2021-ci il ilə müqayisədə 2.4 dəfə artaraq 261 mln. ədəd, həcmi isə 2.5 dəfə artaraq 18.5 mlrd. manat olub.