BİZNES

13 Fevral

ADY sədri Özbəkistanın nəqliyyat sahəsi üzrə nümayəndə heyətini qəbul edib - FOTO

Bu gün Azərbaycanda səfərdə olan Özbəkistan nəqliyyat nazirinin müavini Abdulsamat Muminovun rəhbərlik etdiyi nümayəndə heyəti  işgüzar səfər çərçivəsində ‘’ADY’’ QSC-də olub.

Bu barədə Fins.Az-a ‘’ADY’’ QSC-dən məlumat verilib.

Nümayəndə heyətini qəbul edən ADY sədri R.Rüstəmov həyata keçirilən yerli və beynəlxalq layihələr haqqında geniş məlumat verib.

Görüşdə iki ölkənin dəmir yolları sahəsində əməkdaşlıq imkanları, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, o cümlədən  CASCA + multimodal nəqliyyat marşrutu çərçivəsində yeni əməkdaşlıq təklifləri nəzərdən keçirilib.

Tərəflər 2023-cü ildə birgə fəaliyyət planı, o cümlədən “Özbəkistan- Türkmənistan-Azərbaycan-Gürcüstan’’ marşrutu üzrə yükdaşımalar, daşımaların növü  və  müvafiq tarif siyasətini müzakirə edib.