BİZNES

13 Fevral

Azərbaycan 110 milyon dollarlıq fındıq satdı

Azərbaycandan ötən il 110,6 milyon dollar dəyərində 21,8 min ton fındıq ixrac edilib.

"Fins.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkənin fındıq ixracından qazancı 2021-ci illə müqayisədə 1,1 milyon dollar azalıb.

Əlavə edək ki, bu dövrdə Azərbaycanın qeyri-neft sektorunda fındıq ixracının payı 3.63% təşkil edib.