Azərbaycanda neftin emalı 2023-cü ilin yanvar ayında 559 min ton təşkil edib, bu da illik müqayisədə 4,1% azdır.
Bu barədə “Fins.az” Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ölkə üzrə neftin emalı ötən ilin müvafiq dövründə 583 min ton səviyyəsində olub.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.