Azərbaycanın ötən il Avropa İttifaqı (Aİ) ölkələrinə ixracı 25 milyard ABŞ dolları dəyərində olub.
Fins.Az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2021-ci illə müqayisədə 92,3% çoxdur.
Əlavə edək ki, Azərbaycanın ötən il Aİ ölkələrindən idxalı isə 2,3 milyard dollar dəyərində olub.