Azərbaycanın 2022-ci MDB ölkələrinə ixracı 1 milyard 635 milyon ABŞ dolları dəyərində olub.
Fins.Az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, 2021-ci illə müqayisədə 8,7% azdır.
Hesabat dövründə MDB ölkələrindən idxal 4 milyard 413 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 50,8% çoxdur.