Azərbaycan 2022-ci ildə Gürcüstana 228,4 milyon dollar dəyərində qeyri-neft sektoru məhsulları ixrac edib.
Fins.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 45,1% çoxdur.
Bununla Gürcüstan Azərbaycandan qeyri-neft məhsullarının idxalında üçüncü yerdə olub.
Əlavə edək ki, 2021-ci ilin eyni dövründə Azərbaycanın qeyri-neft məhsullarının Gürcüstana ixracı 157,4 milyon dollar dəyərində olub.