BİZNES

10 Fevral

AFRA rəhbərliyi ilə İHKİB rəhbərliyi arasında görüş keçirilib.  

 

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) rəhbərliyi ilə “İstanbul Hazır Giyim ve Konfeksiyon İhracatçıları Birliği”-nin (İHKİB) rəhbərliyi arasında görüş keçirilib. 

AFRA İdarə heyətinin sədri Fərid Novruzi və İHKİB İdarə heyəti sədrinin müavini Mustafa Paşahan arasında keçirilən görüşün əsas mövzusu – Azərbaycan bazarında fəaliyyət göstərən xarici brendlərin, xüsusən də, türk brendlərinin hazırki durumu, qarşılaşdığı problemlər və onların həlli yolları oldu.

Mustafa Paşahan mövcud problemlərin aradan qaldırılması üçün təşkilat çərçivəsində müvafiq işlərin görüləcəyi, Azərbaycan və Türkiyə hökumətlərarası əlaqələr səviyyəsində sahibkarların problemlərini səsləndirəcəyinə söz verdi.

Bundan başqa, AFRA və İHKİB arasında bundan sonra daha sıx görüşlərin və danışıqların aparılacağı barədə razılıq əldə olundu. 

Qeyd edək ki, görüş  İstanbul şəhərində keçirilən “ISTANBUL FASHION CONNECTION/İFCO-2023” sərgisi çərçivəsində baş tutub.