BİZNES

10 Fevral

Həyata keçiriləcək layihələr nəticəsində 38 minədək iş yerinin yaradılacağı nəzərdə tutulub

2016-2022-ci illər ərzində 470-dən çox sahibkarlıq subyektinə 570-dən artıq investisiya təşviqi sənədi verilib.

Fins.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat anziri Mikayıl Cabarov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, sahibkarların həyata keçirəcəkləri layihələr nəticəsində 5,5 mlrd. ₼-dan çox investisiyanın yatırılacağı, 38 minədək yeni iş yerinin yaradılacağı nəzərdə tutulub.

"Layihələrin 14%-i Bakı şəhəri və ətraf qəsəbələrin, 86%-i isə regionların payına düşür", - M.Cabbarov bildirib.