BİZNES

10 Fevral

Azərbaycanın vergi sistemi biznesin formalaşması və inkişafında aparıcı rol oynayır - Mikayıl Cabbarov

Azərbaycanın vergi sistemi biznesin formalaşmasında və inkişafında aparıcı rol oynayır.

Fins.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov "Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanın vergi sisteminin səmərəliliyi vergi yığımlarında deyil, sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılmasındadır.

"Biz Azərbaycanın biznes mühitinin gələcəyinə müsbət baxırıq. Gələcək islahatlar biznes fəaliyyəti üçün daha da yaxşı şərait yaradacaq, eləcə də iş adamlarını şəffaf biznes aparmağa təşviq edəcək", - o deyib.