BİZNES

10 Fevral

Ötən il dövlət büdcəsinə vergi daxilolmaları 21 milyard manatı keçib

Ötən il dövlət büdcəsinə vergi daxilolmalarının yerinə yetirilməsində rəqəmsallaşma prioritetlərdən biri olub.

Fins.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli "Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru" konfransında çıxışı zamanı bildirib.

"Dövlət Vergi Xidməti tərəfindən dövlət büdcəsinə daxilolmalar 2022-ci ildə 21,1 milyard manat təşkil edib. Bu da büdcənin 78,9%-ni təşkil edib. Vergi daxilolmaları ötən il 15,5 mln. manat olub ki, bu da 2021-ci illə müqayisədə 82,2% çoxdur. Qeyri-neft sektorundan vergi daxilolmaları isə ötən il 8,1 mln. manat təşkil edib. Bu, 2021-ci illə müqayisədə 27,9% artım deməkdir. Ötən il ÜDM-in nominal artım tempi 21,6% təşkil edib. Vergi daxilolmalarından nominal artım tempi isə 27,9% təşkil edib ", - deyə Orxan Nəzərli bildirib.