Bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft ixracının dəyəri 284,53 mln. ABŞ dolları təşkil edib.
Fins.az İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə - AZPROMO-ya istinadən verdiyi məlumata görə, bu, 2022-ci ilin analoji ayı ilə müqayisədə 22,6% çoxdur.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3% artaraq 3 047,67 mln ABŞ dollarına bərabər olub.