BİZNES

01 Fevral

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha bir il uzadılır.

Fins.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müvafiq qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihədə sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının 2024-cü il yanvarın 1-dək uzadılması təklif edilir. Müzakirələrdən sonda dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılmışdı. Lakin bəzi hallarda yoxlamaların aparılması istisna edilmir. Belə ki, vergi, gömrük, maliyyə bazarları, özəl tibb fəaliyyəti, dərman vasitələrinin və qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarına müdaxiləsi və sayğacdankənar şəbəkəyə qanunsuz qoşulması ilə bağlı, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun tələblərinə əməl edilməsinə nəzarətlə bağlı yoxlamalar aparıla bilər.