BİZNES

01 Fevral

Nazir: “Süni intellekt üzrə milli strategiyanın hazırlanması üçün yol xəritəsi tərtib edilib” - FOTO

“Süni intellekt üzrə milli strategiyanın hazırlanması üçün yol xəritəsi tərtib edilib”. 

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Facebook” profilində qeyd edib.

Bildirilib ki, bu, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (“4SİM Azərbaycan/C4IR Azerbaijan”) ilə Dünya İqtisadi Forumunun (World Economic Forum) Süni intellekt və maşın öyrənməsi platforması arasında əməkdaşlıq çərçivəsində baş tutub.

“Rəqəmsallaşma və müasir texnoloji həllərin tətbiqi ölkəmizin iqtisadi potensialından daha səmərəli istifadə etməyə imkan verəcək”, - deyə nazir qeyd edib.