BİZNES

31 Yanvar

Rəqabət Məcəlləsinə əsasən qanunu pozanlara qarşı sanksiya və cərimələr ciddiləşəcək

Rəqabət Məcəlləsinə əsasən qanunu pozanlara qarşı maliyyə sanksiyaları və cərimələr ciddiləşəcək.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Aslanbəyli bildirib.

“Maliyyə sanksiyalarının tətbiq edilməsinin məqsədi büdcəyə vəsait köçürmək deyil, o hərəkətin, davranışın təkar olunmaması üçün lazımdır. Qanunu pozan subyektə qarşı cərimə, onun qanunu pozması nəticəsində əldə etdiyi gəlirdən çox olmayacaqsa, o zaman bu hərəkət davam edəcək”, - deyə Məmməd Aslanbəyli əlavə edib.