Azərbaycanla Macarıstan arasında 2022-ci ildə ticarət dövriyyəsi 47,3 milyon dollar təşkil edib.
Fins.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 12,3 milyon dollar və ya 34,2% çoxdur.
Hesabata görə, Azərbaycanın Macarıstandan idxalının dəyəri 45 milyon dollar, bu ölkəyə ixracın dəyəri isə 2,3 milyon dollar olub.