BİZNES

26 Yanvar

Azərbaycandakı kredit ittifaqları ötən ili zərərlə başa vurub

Azərbaycandakı kredit ittifaqları 2022-ci ili 0,1 milyon manat zərərlə başa vurub. 

Fins.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kredit ittifaqları 2021-ci ildən isə 0,1 milyon manat xalis mənfəətlə çıxıb.

Məlumata görə, ötən il kredit ittifaqlarının gəlirləri 2,4 milyon manat, xərcləri 1,3 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 1,1 milyon manat, mənfəət vergisi ödəmələri isə 0,1 milyon manat təşkil edib.