BİZNES

26 Yanvar

Hostinqləri ən çox kiberhücumlara məruz qalan ölkələr sırasında Azərbaycan ilk üçlükdədir

Kibermüdaxilə halları aşkarlanan veb-resursların ölkələr üzrə statistikasına nəzər saldıqda, onların 51%-nin ABŞ, 15%-nin İngiltərə, 11%-nin Azərbaycan, 8%-nin Almaniya, 7%-nin Rusiya, 7%-nin Estoniya, 1%-nin isə Litvada saxlanıldığı (Hosting) müəyyən olunub.

Fins.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Kiberhücumların 66%-nin serverlərin boşluğundan istifadə olunaraq həyata keçirilməsini nəzərə alaraq “CYBER ON” bir daha “shared hosting”istifadə edən şirkətləri diqqətli olmaları üçün xəbərdar edir”, - deyə məlumatda bildirilir.