BİZNES

25 Yanvar

Azərbaycanın qiymətli kağızlar bazarı 8% kiçilib

2022-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 15 milyard 563 milyon manatlıq əməliyyat aparılıb.

Fins.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 7,8 % azdır.

İllik göstəricinin 8 311,9 milyon manatlıq hissəsi ilkin bazarda, 7 milyard 251,2 milyon manatlıq hissəsi isə təkrar bazarda formalaşıb.