BİZNES

25 Yanvar

2710 layihəyə 104 milyon manatdan çox güzəştli kredit verilib

Sahibkarlığın İnkişafı Fondu tərəfindən ötən il ərzində 2710 kiçik və orta həcmli layihəyə 104,2 milyon manat güzəştli kredit verilib.

Fins.Az xəbər verir ki, bunu Tvitter səhifəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Sahibkarlara dövlət dəstəyi, stimullaşdırıcı tədbirlər və güzəştli kreditlər biznes fəaliyyəti üçün əlverişli mühitin yaradılmasını təmin edir",- nazir qeyd edib.