““Prime Accessories” şirkəti 20 ildən artıqdır ki, topdan və pərakəndə şəkildə fəaliyyət göstərməkdədir. Şirkətimizin 19 filialı var. 2022-ci ilin sonlarında 19-cu filialımız “28 Mall” ticarət mərkəzində açıldı. Şəhərin istənilən bölgəsindən-Şüvəlandan Sumqayıta qədər filiallarımız fəaliyyət göstərir. Yəni ki, hər kəsə əl çatan yerdə və münasib qiymətdə məhsullarımız var.”
Bunu Fins.Az-a müsahibəsində “Prime Accessories” mağazalar şəbəkəsinin korporativ satış şöbəsinin rəhbəri Elxan Əhmədov söyləyib. O, şirkətin inkişaf perspektivliyindən və gələcək planlarından danışıb.
E.Əhmədov şirkətin əsas xidmət sahəsinin özəlliklərini də açıqlayıb. O, məhsulların keyfiyyət göstəriciləri barəsində də fikirlərini bölüşüb.
Məlumat üçün bildirək ki, “Prime Accessories” mağazalar şəbəkəsi 20 ildən çoxdur ki, müştərilərinin xidmətindədir. Dünyanın tanınmış brendlərini, gözəl dizayn, yüksək keyfiyyətli saatları və gümüş aksesuarlarını məhz bu mağazalardan almaq olar.
Dünya şöhrətli saat brendlərini beynəlxalq və ölkə daxili zəmanət ilə təqdim edən şirkət, gümüş aksesuarlardan isə Türkiyənin tanınmış brend aksessuarlarını mağazalarından sahib olmaq imkanı yaradır.
Həmçinin şirkət dəri sahəsində məhşurluğu və hər zövqə uyğuluğu ilə hamının rəğbətini qazanıb və brend məhsullarıyla seçilir.
“Prime Accessories” mağazalar şəbəkəsinin korporativ satış şöbəsinin rəhbəri Elxan Əhmədovun daha geniş müsahibəsini sabah-25.01.2023 tarixində Fins.Az-da oxuya bilərsiniz.
Fuad Mədətov
Fins.Az