BİZNES

23 Yanvar

Ötən il sahibkarların 2726 layihəsinə 146 milyon manat güzəştli kredit ayrılıb

Ötən il sahibkarların 2726 layihəsinin maliyyələşdirilməsinə 145,9 milyon manat güzəştli kredit ayrılıb.

Fins.Az xəbər verir ki, bu barədə Sahibkarlığın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.

Kreditlərin 87,1 milyon manatı kənd təsərrüfatı məhsulları istehsalının, 37,3 milyon manatı sənaye məhsullarının istehsalı və emalının, 9,1 milyon manatı turizmin, 12,4 milyon manatı isə digər sahələrin payına düşür.