BİZNES

19 Yanvar

İndiyədək KOB-ların layihələrinin maliyyələşdirilməsinə 500 min manatdan çox qrant vəsait ayrılıb

2022-ci ildə də Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi davam etdirilib. Bu məqsədlə keçirilmiş 2-ci qrant müsabiqəsinə təqdim edilmiş layihələrdən 12-si maliyyələşdirilib.

Fins xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov yanvarın 19-da agentliyin 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

"Bu dəstək mexanizmi çərçivəsində hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manata qədərdir. Hazırda 3-cü qrant müsabiqəsinə təqdim olunmuş layihələrin qiymətləndirilməsi həyata keçirilir və nəticələr fevral ayında elan olunacaq. Ümumilikdə isə indiyədək KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə 26 layihəsinin maliyyələşdirilməsinə 500 min manatdan çox qrant vəsaiti ayrılıb", - deyə KOBİA sədri qeyd edib.