BİZNES

18 Yanvar

Azərbaycanın tanınmış şirkətinə yeni təyinat

ATS Food MMC şirkətinə Satınalma və Logistika üzrə Direktor müavini  təyin olunmuşdur.

Bu barədə Fins.az-a şirkətdən məlumat verilib. Bundan əvvəl o Agrotrade Supply MMC şirkətlər qrupunda Qrup Satinalma rəhbəri vəzifəsində çalışmışdır. Həmçinin daha əvvəllər Agro Food İnvestments MMC Qrup Satinalma Meneceri, PMD Group MMC təchizat üzrə qrup rəhbəri vəzifələrində çalışmışdır.

Bakalavr və Magistr  təhsilini Bakı Dövlət Universiteti Tətbiqi riyaziyyat və kibernetika fakultəsində almışdır. Daha sonra Almaniyanın Hamburg şəhərində Menecerlərin təkmilləşdirilməsi proqramını bitirmişdir.  Böyük Britaniyanın Satınalma və Təchizat Zənciri sahəsində beynəlxalq sertifikatı olan CIPS sertifikatina sahibdir.