BİZNES

13 Yanvar

Növbəti “KOB evi” Gəncədə açılacaq

Növbəti “KOB evi”nin Gəncə şəhərində fəaliyyətə başlaması nəzərdə tutulur.

Fins.Az-ın məlumatına görə, bu barədə “Bakı KOB evi”nin direktoru Zaur Qasımbəyov AZƏRTAC-a açıqlamasında deyib.

O qeyd edib ki, hazırda “KOB ev”ləri Bakı, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərir. Xaçmaz və Yevlax “KOB ev”lərində indiyədək sahibkarlara 200 minə yaxın xidmət göstərilib. Sahibkarların “KOB ev”lərinin xidmətlərindən məmnunluq göstəricisi 98 faizdir.