BİZNES

12 Yanvar

AERA 2022-ci ildə Texniki Şuralara müraciətlərin sayını açıqlayıb

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən 2022-ci il ərzində sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 3852 müraciət qəbul edilib.

Fins.Az Agentlikdən AZƏRTAC-a bildirilib ki, bütün müraciətlər araşdırılıb və cavablandırılıb.

Müraciətlərə Bakıda və regionlarda yerləşən 15 “ASAN xidmət”, 3 “ASAN Kommunal” mərkəzlərində və 3 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralarda baxılıb.