BİZNES

12 Yanvar

Ötən il yeni nəsil NKA-larla qeydə alınan dövriyyə açıqlanıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Fins.Az Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 83 min 216 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2022-ci ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19,5 mlrd. manatdan çox olub ki, bu da əvvəlki illə müqayisədə 4,1 mlrd. manat və ya 26,6% çoxdur.