Günümüzdə ictimai yerlərdə (qəhvəxanalar, kafelər, restor
Bu yaxınlarda tanınmış qəhvəxanaların birində müştəri kiberhücuma məruz qalıb. Xoşbəxtlikdən, antivirus işə düşüb, lakin bu vəziyyət operativ yaddaşda kritik bir xətaya yol açdığına görə işi dayandırmaq lazım gəlib. Belə vəziyyətlərdə nə etmək və kompüteri zədələnmədən necə qorumaq lazımdır? Oxucularımıza hansı tövsiyələriniz var?
Bu barədə "Fins.az"a açıqlama verən peşəkar İT mütəxəssis,Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəs Müşviq Məmmədov bildirib ki,ctimai yerlərdən şəbəkəyə qoşulmaq həmişə risklidir. İctimai Wi-Fi şəbəkəsi üzərindən ötürülən məlumatlar asanlıqla ələ keçirilə və nəticədə mobil telefon və planşet istifadəçilərini şəxsi məlumatları, rəqəmsal identifikasiya məlumatları və maliyyə resurslarına giriş imkanları risk altına düşə bilər.
Ümumiyyətlə, mümkün olduğu qədər ictimai Wi-Fi-dan istifadə etməməyə çalışın. Belə bir ehtiyac yaranarsa, yalnız VPN vasitəsilə qoşulun.
Həmçinin, təcavüzkarlar saxta bağlantılar yaradaraq onlara pulsuz Wi-Fi bağlantısı təklif edən ictimai yerlərin adlarına uyğun adlar təyin edirlər. Şübhə yarandıqda, müəssisənin əməkdaşı ilə danışın və ondan qanuni Wi-Fi bağlantı nöqtəsi haqqında məlumat verməsini xahiş edin.
Həmçinin, kredit kartı ilə alış-verişi və İnternet bank əməliyyatlarını şəbəkəsinin təhlükəsizliyinə əmin olduğunuz yerlərdə etmək daha yaxşı olar. Məsələn, çalışdığınız ofisdən.
Və əlbəttə ki, bütün cihazlarınızda etibarlı antivirus həlli quraşdırın və onun müntəzəm olaraq yeniləndiyindən əmin olun.