BİZNES

27 Dekabr

Çində sərt karantin qaydalarının aradan qaldırılması Azərbaycan sahibkarlarının səfərlərinə təsirsiz ötüşməyəcək

Çində sərt karantin qaydalarının aradan qaldırılması Azərbaycan vətəndaşlarının, xüsusən də sahibkarların da səfərlərinə təsirsiz ötüşməyəcək.
"Fins.az" xəbər verir ki,bunu Millərt Vəkili Vüqar bayramov deyib. 
O bildirib ki, Çin yanvarın 8-dən etibarən ölkəyə səfər edənlər üçün karantin şərtlərini aradan qaldıracaq. Həmin tarixdən sonra Çinə səfər edənlər karantinə alınmayacaqlar. İqtisadi təsirlərinin minimumlaşdırılması məqsədi ilə Çin “Sıfır KOVİD” prinsipindən, praktik olaraq, əl çəkir. Səfərdən 48 saat öncə neqativ KOVİD test nəticəsi olan xaricilər heç bir əlavə tələb olmadan Çinə səfər edə biləcəklər.
Çinin bu addımı bir tərəfdən strateji məhsullara, o cümlədən neftə olan tələbin artmasına səbəb olmaqla 2023-cü ildə qlobal iqtisadi artımı stimullaşdıracaq. Bu isə qlobal iqtisadiyyat üçün xoş xəbər hesab olunur.
Çin ilə Azərbaycanın əsas ticarət tərəfdaşlarından hesab olunur. Ötən il ticarət dövriyyəmiz 1.7 milyard dollardan çox olub. Bu isə o deməkdir ki, Çində sərt karantin qaydalarının aradan qaldırılması Azərbaycan vətəndaşlarının, xüsusən də sahibkarların da səfərlərinə təsirsiz ötüşməyəcək.