BİZNES

26 Dekabr

Bu yaxınlarda "Gəmiqaya Holdinq" ilə eyni ünvanda daha bir şirkət qeydiyyata alınıb

19 Oktyabr 2022-ci il tarixində Dövlət Vergi Xidməti (DVX) "Gəmiqaya Servis" MMC-ni dövlət qeydiyyatına alıb.

DVX bu barədə məlumatı 23 dekabr 2022-ci il tarixində açıqlayıb.

91 min 620 manat nizamnamə kapitalına malik olan "Gəmiqaya Servis" MMC-nin qanuni təmsilçisi Fətullayev Emin Qasım oğlu, hüquqi ünvanı Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə ev 34, m 2-dir.

Qeyd edək ki, "Gəmiqaya Holdinq" MMC-nin də hüquqi ünvanı Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə ev 34, m 2-dir.

Mərkəzi ofisi Naxçıvan şəhərində yerləşən Holdinq, 2008-ci ilin dekabr ayında təsis edilmişdir. Hazırda ondan çox şirkəti özündə birləşdirən “Gəmiqaya Holdinq” tikinti, sənaye, qida, ticarət və aqrar sahələrində fəaliyyət göstərir.