İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində 10-dan çox iri market şəbəkəsinin rəhbər şəxsləri ilə görüş keçirilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, görüşdə istehlakçıların qiymətdə, hesabda, çəkidə aldadılması və digər halların qarşısının alınması ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdə marketlərdə bütün malların üzərində qiymətlərin göstərilməsinin, malların bu qiymətə və çəkiyə uyğun satılması barədə qanunvericiliyin tələbləri və onlara əməl edilməsinin vacibliyi vurğulanıb.