BİZNES

22 Dekabr

Türkiyə və Azərbaycan tikinti sektoruna dair anlaşma memorandumu imzalayıblar

Türkiyə ilə Azərbaycan arasında tikinti sektorunu gücləndirmək məqsədilə İnşaatda Normativ və Vahid Qiymətləndirmə Sisteminin Təkmilləşdirilməsi Sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandum Türkiyə Şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasında imzalanıb.

İmzalayanan müqaviləninhəm tikinti materialları, həm də podrat sənayesinə xidmət edəcəyini vurğulayan M.Kurum, bununla iki ölkə arasında yeni əməkdaşlıq sahələri açılacağını qeyd edib.

Kəmaləddin Heydərov isə iki ölkə arasındakı münasibətlərə diqqət çəkərək, razılaşmadan məmnun olduğunu dilə gətirib.