Gəncə Dövlət Universiteti 5 saylı korpusun əsaslı təmiri işləri üçün “19 saylı Tikinti Təmir İdarəsi” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən məlumat verir ki, İdarə ilə 2 milyon 48,708 min manat dəyərində müvafiq müqavilə bağlanıb.