BİZNES

21 Dekabr

Gömrük Komitəsindən diplom araşdırmalarına və işdən çıxarılmalarla bağlı AÇIQLAMA

Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən gömrük əməkdaşlarının diplomlarının araşdırılması ilə bağlı xüsusi göstəriş verildiyinə və xeyli sayda şəxsin diplomunun təsdiqlənməməsinə dair yayılan məlumatlar  həqiqətə uyğun deyil.

Bu barədə "Fins.az"-a Gömrük Komitəsinin mətbuat xidmətindən  məlumat verilib.

Məlumatda "Bildiririk ki, işə qəbul zamanı, həmçinin gömrük orqanlarında xidmət dövrlərində mütəmadi olaraq insan resurslarının idarəedilməsi ilə bağlı sənədlərin öyrənilməsi həyata keçirilir və qanunazidd hallar aşkar edildikdə müvafiq tədbirlər görülür",-deyə bildirilir.

Müəllif:Aynur Qəniyeva