BİZNES

21 Dekabr

Naxçıvan iqtisadiyyatı 2.7% böyüyüb

Naxçıvan muxtar respublikada 2022-ci ilin yanvar-noyabr aylarında 2 milyard 743 milyon 538 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunub.

"Fins.az" xəbər verir ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,7 faiz çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz artaraq 5911,5 manat olmuşdur.