Azərbaycanda dayanıqlı və şaxələndirilmiş iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən tədbirlər qeyrineft məhsullarının ixracında müsbət dinamika ilə nəticələnir.
"Fins.az" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında paylaşım edib.
Fikirlərinin davamında o,"Bu ilin yanvar-noyabr aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,0% artaraq 2 mlrd. 688 mln. dollar təşkil edib",-deyə qeyd edib.