"Rəqəmsallaşmaq bizim Nazirliyin əsas hədəflərindən biridir".
"Fins.az" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Gələcəyə hazır ol!" Karyera İnkişaf Forumunda deyib.
O bildirib ki, gündə orta hesabla 100 min insana xidmət göstərilir. Bu xidmətlərin keyfiyyətinə, operativliyinə əmin olmaq üçün xidmətlərin rəqəmsallaşdırılması önəmlidir:
"Bu ilin sonuna qədər 140 xidmət elektron platforma üzərindən vətəndaşlara təqdim ediləcək. Gələcəkdə xidmətlərimizin 90 faizi tam elektronlaşdırılacaq. Bunun böyük hissəsini məşğulluq xidmətləri təşkil edir. Bütün əmək müqavilələri elektron platforma üzərindən imzalanacaq. Növbəti ildə bunu qanunvericilik qaydasında da təsdiq etməyə başlayacağıq. Beləliklə kağız əmək kitabçalarına ehtiyac qalmayacaq".
(c)Apa